Premyer Liqanın XXXIII turunda "Rəvan"ı 4:0 hesabı ilə yenən "Xəzər Lənkəran" istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, komanda bu gün məşq etməyəcək.
"Xəzər Lənkəran" sabah Lənkərandakı bazasında məşqləri bərpa edəcək və "Sumqayıt"la oyunun hazırlıqlarına başlayacaq. Oyun mayın 7-də "Fırtınalar meydanı"nda keçiriləcək.
Fanat.az