14:26 05.06.2023 590

"Qərara gəldik ki, yeni səhifə açaq" - "Araz-Naxçıvan"ın vitse-prezidenti 

Ölkə çempionu “Araz-Naxçıvan”da dəyişikliklər edilib və müqaviləsi başa çatan baş məşqçi Joze Alesio Da Silva ilə yeni anlaşma imzalanmayaraq bu posta uzun müddət Azərbaycan millisinin və sözügedən klubun heyətində çıxış etmiş Vitali Borisov təyinat alıb. 

Fanat.Az xəbər verir ki, klubun vitse-prezidenti Mahmud Sadıqov yeni təyinatla bağlı federasiyanın mətbuat xidmətinə bunları deyib:

“Klubdaxili iclas keçirildi. İdman-direktoru Marat Salyanski və digər əməkdaşlarla ötən mövsümü dəyərləndirdik. Qərara gəldik ki, baş məşqçi postunda dəyişiklik edək. Uzun müddət komandamızı çalışdıran Joze Alesio da Silvaya xidmətlərinə görə təşəkkür edirik. Həqiqətən komandamız onun rəhbərliyi altında bir neçə uğur qazanıb. 2010-cu və 2014-cü illərdə UEFA kubokunun (indiki Çempionlar Liqası) “Dördlər finalı”ında iştirak etdik və hər iki mövsümdə bürünc medal qazandıq. Bu dəfə yerli məşqçilərdən birinə güvənmək və yeni səhifə açmaq qərarına gəldik. Vitali Borisovu uzun müddətdir tanıyırıq, futzalçı kimi komandamıza və futzalımıza faydası çox olub. Məşqçi kimi də bir neçə komandada çalışıb, qabiliyyətinə, nəyə qadir olduğuna bələdik. Bu dəfə ona şans verməklə futzalçı kimi hər zaman uğurlu çıxışı ilə yadda qalan Borisovun məşqçi kimi də zirvələrə çatmasını, azarkeşlərin yenidən sevimlisinə çevrilməsini istəyirik. 
Əlbəttə, klubumuzun öz startegiyası, tələbləri, hədəfləri var. Baş məşqçimiz də bunu bilir, onunla görüş zamanı da tələblərimizi diqqətinə çatdırdıq. “Araz-Naxçıvan” ancaq daxili yarışlarda qazanılan uğurlarla kifayətlənmir. Bu dəfə UEFA Çempionlar Liqasında yaxşı nəticə ilə əvvəlki nüfuzumuzu geri qaytarmaq istəyirik. Planlarla, heyətdə hansı dəyişikliklərin olacağı ilə bağlı baş məşqçi yaxın günlərdə bizə məlumat verəcək, biz də klubun imkanları daxilində ona ən yaxşı şəraiti yaratmağa çalışacağıq. Hər zaman mehriban və iddialı kolletivimiz olub, çalışacağıq bu tendensiya davam etsin”.  

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X