"Bayern Münhen"in müdafiəçisi Benjamin Pavar iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Germany" yayıb.
Xəbərə görə, Pavarla Dortmund "Borussiya"sı arasında gedən danışıqlar müsbət məcrada yekunlaşıb. Hazırda dortmundluların Münhen klubu ilə futbolçunun satış qiyməti ilə bağlı razılığa gəlməyə çalışdıqları bildirilib.
Qeyd edək ki, 27 yaşlı Pavar cari mövsüm "Bayern" forması ilə ümumilikdə 43 matça çıxaraq 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Fransalı oyunçunun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.
Nihat