12:00 08.06.2023 511

Günün transfer xəbərləri: Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına gedə bilər

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"The Daily Mail": "Brayton" icarə əsasında "Çelsi"dən aldığı müdafiəçi Levi Koluilli komandada saxlamaq niyyətindədir. "Zadəganlar" buna qarşı çıxsa da, "Brayton" 20 yaşlı futbolçunu almaqda israrlıdır. Klub "Çelsi"yə Levi üçün 45 milyon ödəməyə hazırdır. 

İnsayder Nikolo Skira: "Marsel"in hücumçusu Aleksis Sançes Səudiyyə Ərəbistanına gedə bilər. 34 yaşlı çilili futbolçu "Əl-Fateh" klubundan yüksək maaşlı təklif alıb. Razılıq əldə olunarsa, Sançeslə 2 illik sözləşmə imzalanacaq. Ancaq "Marsel" hücumçusunu buraxmaq niyyətində deyil. 

"The Daily Mail": Xorvatiyanın ikinci liqasında çıxış edən “Kustoşiya”nın 18 yaşlı futbolçusu Mikayil Faye nəhəng klubların diqqətini çəkib. "Çelsi” və “Borussiya Dortmund"un skautları gənc müdafiəçini bəyəniblər. 

***
Rəsmi: PSJ-dən ayrılan Argentina millisinin futbolçusu Lionel Messinin ABŞ-ın “İnter Mayami” klubuna keçib. Bu barədə 36 yaşlı hücumçunun özü açıqlama verib:

“Avropa klublarından bir neçə təklifim var idi. Amma mən yalnız "Barselona"da oynamaq istədim. Keçmiş klubum mənə görə bir neçə futbolçusu satmalıydı ki, ora qayıdım. Beləsi doğru olmazdı. Bu məsuliyyəti üzərimə götürmədim. Pulu seçsəydim, Səudiyyə Ərəbistanına gedərdim. Təklif edilən məbləğ mənə həddindən artıq çox göründü”.

Rəsmi: "Lion"un hücumçusu Mussa Dembele klubu tərk edib. 26 yaşlı futbolçunun müqaviləsi başa çatıb və tərəflər sözləşməni uzatmaq istəməyib. Dembele cari mövsüm "Lion"un heyətində bütün turnirlərdə 28 matçda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı forvardın "Everton"a keçəcəyi gözlənilir. 

Röya

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X