"Arsenal" yarımmüdafiəçisi Jorinyo ilə yolları ayırmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, italiyalı futbolçu baş məşqçisi Mikel Artetanın planlarına daxil deyil. Bu səbəbdən "topçular" Jorjinyo üçün təkliflərə açıqdır.
Hazırda 31 yaşlı yarımmüdafiəçi ilə "Latsio" maraqlanır. "Arsenal" yanvarda futbolçunun transferinə xərcəliyi pulun 12 milyon avrosunu qaytarmaq niyyətindədir.
Qeyd edək ki, İtaliya millisinin üzvü "Arsenal"a "Çelsi"dən keçib. 2018-ci ildən "zadəganlar"ın şərəfini qoruyan Jorjinyo 2023-cü ildə "topçular"ın heyətinə qoşulub və cəmi 14 oyunda forma geyinmək şansı qazanıb.
Röya