AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tədbir iyunun 16-da keçiriləcək.
İclasın assosiasiyanın inzibati binasında olacağı və saat 10:00-da başlayacağı bildirilir.
İclasın gündəliyi zəngin olacaq. Belə ki, qərarverici komitə yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək komandaların sayını, adlarını açıqlayacaq. İclasda həmçinin yeni liqaların təşkili barədə məlumat veriləcək.
Mirağa