"Mançester Siti"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko rusiyalı futbolçuların Ukraynadakı münaqişə ilə bağlı susmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" ukraynalı futbolçunun dediklərini belə çatdırıb:
“Rusiyalı futbolçulardan heç nə eşitməmişəm. Bu mənim ölkəm tərəfindən edilsəydi, bu barədə qışqırmağa ilk başlayanlardan biri olardım.
Təsəvvür edin ki, onların hamısı bu mesajı yayır: “Uşaqlar, bəsdirin, dayandırın, silahları yerə qoyun”. Hər halda, vəziyyət bir xeyli dəyişərdi.
Onlar bir şeyi başa düşmürlər ki, bunun ziyanını gələcək nəsillər - övladları, nəvələri ödəyəcək. Söhbət təkcə pulla bağlı deyil, onlar reputasiya ilə ödəyəcəklər.
“Mançester Siti”yə keçməmişdən əvvəl Rusiyada oynamışam. Orada mənim bir dost dairəm var idi. İndi bu dairə sıfıra çevrildi".
Qeyd edək ki, Zinçenko 2015-2016-cı illərdə Rusiya Premyer Liqasında çıxış edib. O, “Ufa”da oynayıb, sonra “Mançester Siti”yə keçib.
Mirağa