“Yuventus”, “İnter”, “Tottenhem” və “Çelsi” kimi nəhəng klubların keçmiş baş məşqçisi Antonio Konte yenidən iş başına qayıtmaq üçün şərtlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" 53 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“İşləmək istəyi həmişə var - əks halda, mən bu işi çoxdan tərk edərdim. Buna baxmayaraq, qeyd etmək istəyirəm ki, çılğın iş axtarışı ilə məşğul deyiləm. Layihə mənə həqiqətən maraqlı görünsə, təklifi nəzərdən keçirəcəyəm. Həm İtaliyada, həm də xaricdə işləməyə hazıram".
Qeyd edək ki, Kontenin son klubu "Tottenhem" olub. O, mart ayında London klubunu tərk edib və o vaxtdan işsizdir.
Mirağa