"Ayaks"a yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Amsterdam klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Moris Stayn komandaya baş məşqçi təyin olunub. Tərəflər 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıblar. Mütəxəssis fevraldan komandaya rəhbərlik edən Con Heytinqanı əvəzləyib.
Steyn 2022-ci ilin aprelindən "Sparta Rotterdam" klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümündə Niderland çempionatında 6-cı yeri tutub və Konfrans Liqasına vəsiqə uğrunda pley-off finalında “Tvente”yə uduzub. 49 yaşlı mütəxəssis buna qədər "Breda", "Venlo" və "Den Haaq"a rəhbərlik edib.
“Ayaks” isə ötən mövsümü ölkə çempionatında 3-cü yerdə başa vurub və son 14 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Mirağa