"Şalke"nin vitse-prezidenti Clemens Tonnies "Real Madrid" və "Çelsi" kimi klublar təklif edərsə, Julian Draxleri satacaqlarını bildirib.
İdman24.az xəbər verir ki, 19 yaşlı alman ulduz Avropanın nəhəng klubları təklif edərsə, cavab verməyin çətin olacağını qeyd etmişdi.
Tonnies "Draxler bizim üçün önəmli bir oyunçudur və onu klubda saxlamaq istərik. "Real Madrid" və "Çelsi" kimi klublardan təklif gələrsə, oyunçumuza nə deyəcəyik? Onlarla danışmasınımı? O günlər geridə qaldı", deyib.
İdman24.az