"Çelsi"nin son mövsümü icarə əsasında Milan "İnter"ində keçirən futbolçusu Romelu Lukaku Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan nə qədər maaş istədiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Santi Auna şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, Parisdəki otellərin birində Belçika millisinin forvardı ilə görüşən və ona illik 20 milyon avro maaş vəd edən ərəblərin təklifi futbolçunu qane etməyib və o, qarşı tərəfdən hər mövsüm üçün 90 milyon avro istəyib. Bu tələbin ardından "Əl-Hilal" bosslarının 30 yaşlı Romeludan vaz keçdiyi vurğulanıb.
Qeyd edək ki, son mövsümdə "İnter" forması ilə ümumilikdə 37 matça çıxan Lukaku 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat