"Barselona" 2023/2024 mövsümü üçün nəzərdə tutulan yeni formasını ictimaiyyətə təqdim edib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi bəyanatı belədir:
"Biz yeni idmançı nəsli ilə yanaşı, yol göstərmək üçün bir araya gələn artistləri və blogerləri də birləşdiririk".
Qeyd edək ki, "Barselona" La Liqanın son qalibidir. Xavinin yetirmələri 38 oyuna 88 xal toplayıb. Kataloniya təmsilçisi əzəli rəqibi "Real Madrid"i 10 xal qabaqlayıb. Ötən mövsüm Çempionlar Liqasının 1/16 finalınadək irəliləyən "blauqrana" qitənin ən nüfuzlu klub turnirində "Mançester Siti"yə uduzaraq mübarizəni dayandırıb.
Nihat