"Çelsi" ilə müqaviləsinin müddəti başa çatan, hazırda azad agent statusu daşıyan Nqolo Kante futbol klubu alır.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Saşa Tavolyeri şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, fransalı yarımmüdafiəçi Belçikanın "Virton" klubunun indiki sahibi Flavio Bekkaya sərfəli təklif edib. Mənbə Belçika Futbol Federasiyasının bu barədə məlumatlandırıldığını və tərəflərin yaxın günlərdə hüquqi məsələləri yoluna qoyacağını bildirib.
Qeyd edək ki, "Virton" Belçikanın səviyyəcə ikinci liqasında çıxış edir.
Nihat