"İnter Mayami" Serji Busketsi heyətinə qatmaqda israrlıdır.
Fanat.Az xəbər verir ki, Amerika klubunun 34 yaşlı futbolçuya təklfi etdiyi məbləğ açıqlanıb.
ABŞ təmsilçisi "Barselona"dan ayrılan futbolçuya ilinə 1,65 milyon dollar ödəməyə hazırdır.
Qedy edək ki, mətbuatda yayılan xəbərlərə görə, ulduz futbolçu Lionel Messinin də "İnter Mayami"yə keçidi Busketsin qərarına təsir edəcək.
Xatırladaq ki, Buskets ötən həftə "Barselona"dan ayrılıb. Müqaviləsinin müddəti bu ay başa çatan oyunçu yeni anlaşmaya imza atmamaq qərarına gəlib. O, 2005-ci ildən gənclər, 2008-ci ildən isə "Barselona"nın əsas komandasında çıxış edib. 481 oyunda forma geyinən yarımmüdafiəçi 11 qola imza atıb.
Röya