Bolqarıstanda futbol üzrə ölkə çempionatında 2023/2024 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun yeni transfer olduğu "Arda" ilk turdakı oyununu evdə keçirəcək.
Cəlal ilk rəsmi debütünü "Çerno More"ylə görüşdə edə bilər. Oyun iyulun 14-də keçiriləcək.
Çempionatın startı iyulun 14-də olacaq, dekabrın 10-da ilk dövrə başa çatacaq. Yaz yarımmövsümü fevralın 18-də başlayacaq və mayın 25-də başa çatacaq, bundan sonra pley-off mərhələsi keçiriləcək. Bolqarıstan kubokunun finalı mayın 15-də keçiriləcək.
1-ci tur: Arda - Çerno More
2-ci tur: Beroe - Arda
3-cü tur: Arda - ÇSKA-1948
4-cü tur: Botev P – Arda
5-ci tur: Arda - Lokomotiv C
6-cı tur: Lokomotiv P - Arda
7-ci tur: Arda - Levski
8-ci tur: Pirin - Arda
9-cu tur: Arda - Botev V
10-cu tur: Arda - Xebır
11-ci tur: Krumovqrad - Arda
12-ci tur: Arda - Etır
13-cü tur: Slaviya - Arda
14-cü tur: Arda - Ludoqorets
15-ci tur: ÇSKA - Arda
Qeyd edək ki, Azərbaycan millisinin üzvü bir neçə gün əvvəl Bolqarıstan klubu ilə 3 illik müqavilə imzalayıb. "Arda" ötən mövsümü 8-ci yerdə başa vurub.
Mirağa