"Milan" heyətinə yeni futbolçu cəlb etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, söhbət Argentinanın 20 yaşlılardan ibarət millisinin üzvü Luka Romerodan gedir.
Məlumatı insayder Fabritsio Romano yayıb. 18 yaşlı yarımmüdafiəçinin klubu "Latsio" ilə müqaviləsi başa çatır. Fürstərdən faydalanmağa çalışan İtaliya təmsilçisi Luku pulsuz almağı hədəfləyib.
"Relevo" qeyd edir ki, gənc vinqerin xidmətində İspaniya klubları da maraqlıdır.
Xatırladaq ki, Luka başa çatan mövsümdə "Latsio"nun heyətində 9 matçda meydana çıxıb və 1 qol vurub.
Röya