"Bayern Münhen" heyətini cənubi koreyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Santi Auna yayıb.
Xəbərə görə, bu, "Mançester Yunayted"in də transfer siyahısında olan Kim Min Cedir. Mənbə Almaniya nəhənginin futbolçunun məxsus olduğu "Napoli" ilə danışıq apardığını, eləcə də müdafiəçinin agenti ilə ünsiyyət qurduğunu vurğulayıb. Cənubi koreyalının "Bayern"də oynamaq variantına isti yanaşdığı bildirilib.
Daha öncə "Il Mattino" 26 yaşlı futbolçunun hərbi xidmətə yollanandan sonra "Mançester Yunayted"ə keçəcəyi barədə məlumat yaymışdı.
Cənubi Koreyada bütün vətəndaşların hərbi xidmət keçməsini tələb olunur. İstisnalar yalnız milli komanda ilə beynəlxalq səviyyədə əhəmiyyətli nailiyyət qazanan futbolçulara aid edilir.
Qeyd edək ki, "Napoli" ilə A Seriyasının qalibi olan Kim Min Ce ötən ilin iyulunda, 18 milyon 50 min avro qarşılığında "Fənərbağça"dan transfer olunub.
Nihat