"Olimpik Marsel"in hücumçusu Arkadiuş Milik ötən mövsüm icarə əsasında çıxış etdiyi "Yuventus"da qalmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə məlumat yayan insayder Fabritsio Romano hücumçunun fikrini də çatdırıb.
"Hazırda "Yuve" və "Marsel" danışıqlar aparırlar. Ümid edirəm ki, razılaşacaqlar. “Yuventus”da qalmaq istərdim, orada özümü yaxşı hiss edirəm. Baş məşqçi məni heyətdə görmək istəyir”.
Qeyd edək ki, 29 yaşlı polşalı hücumçu ötən mövsüm Turin klubunun heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə edib. Onun "Marsel"lə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.
Daha əvvəl "Yuventus"un qışda "Roma"dan ayrılaraq Türkiyəyə üz tutan Nikolo Dzanyolonu A Seriyasına qaytarmaq istədiyi bildirilirdi.
Mirağa