"Valensiya" baş məşqçisi Ruben Baraxa ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, "yarasalar" 47 yaşlı ispaniyalı mütəxəssislə müqaviləni yeniləyib.
Məlumatı klubun rəsmi saytı yayıb. Baraxanın yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, o, "Valensiya"nın başına bu ilin fevral ayında gəlib. Komanda La Liqada mövsümü 16-cı pilədə başa vurub.
Xatırladaq ki, Baraxa "Valensiya"ya gəlmədən öncə "Saraqosa"da çalışıb.
Röya