"Roma" klubu yayda iki oyunçusunu satmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, müdafiəçilər Matias Vinya və Rojer İbanyes baş məşqçi Joze Mourinyunun planlarına daxil deyillər.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Vinya ötən mövsüm "Bornmut"a icarəyə göndərilmişdi. İbanyes isə “Roma”da start heyətində çıxış edirdi.
Romalılar hər iki futbolçunu satmaq istəyir ki, klubun baş direktoru Joau Pintu artıq bu istiqamətdə çalışır.
Mirağa