İngiltərə Premyer Liqasında yeni mövsümün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, 2023-2024-ci illər mövsümü 11 avqust tarixində start götürəcək.
Məlumatı liqanın mətbuat xidməti yayıb. Son tur isə 2024-cü ilin 19 may tarixinə təsadüf edəcək.
Mövsümün açılış oyununda "Börnli" öz meydanında "Mançester Siti"ni qəbul edəcək.
İlk turun oyun cədvəlini təqdim edirik:
11 avqust
Börnli - Mançester Siti
12 avqust
Arsenal - Nottinqem Forest
Bornmut - Vest Hem
Brayton - Luton
Everton - Fulhem
Şeffild Yunayted - Kristal Pelas
Nyukasl - Aston Villa
13 avqust
Brentford - Tottenhem
Çelsi - Liverpul
14 avqust
Mançester Yunayted - Vulverhempton