"Sportinq Lissabon"un yarımmüdafiəçisi Manuel Uqarte yayda PSJ-yə keçəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.
İnsayder Fabritsio Romano isə sosial şəbəkə hesabında uruqvaylı ulduzun təəssüratlarına yer verib: “Bir az dincəlməyə ehtiyacım var. Bundan sonra PSJ-yə yollanacağam. Nəhəng kluba keçirəm və hələ də buna inana bilmirəm. Mən çox xoşbəxtəm".
Romano vurğulayıb ki, 22 yaşlı Uqarte artıq tibbi müayinədən keçib və müqavilə imzalayıb. Uruqvaylı yarımmüdafiəçi iyulda PSJ-nin düşərgəsinə qoşulacaq.
Manuel Uqarte 2022/2023 mövsümündə "Sportinq"də 47 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa