"İnter" İngiltərə Premyer Liqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, İtaliya klubu hücumçusu Folarin Baloquna elçi düşüb. Milan təmsilçisi sözügedən futbolçunu icarəyə götürmək istəyir.
Mənbə hazırda "İnter"in idman direktoru Pyero Auzilionun Londonda olduğunu və klub rəsmisinin yeni transferlərlə bağlı bir neçə görüş keçirəcəyini vurğulayıb. Sözügedən klub rəsmisinin İngiltərənin paytaxtında "topçular"ın nümayəndələri ilə bir araya gələrək Baloqunla bağlı vəziyyəti də müzakirə edəcəyi diqqətə çatdırılıb. Məlumatda "Arsenal"ın bu oyunçunu 40 milyon avroya satmağı hədəflədiyi və bu üzdən icarə varinatına razılaşmaya biləcəyi də qabardılıb.
Çempionlar Liqasının finalçısı ABŞ millisinin üzvünü Edin Cekoya əvəzedici olaraq görür.
Qeyd edək ki, Baloqun son mövsümü icarə əsasında Fransanın "Reyms" klubunda keçirib.
Röya