Tərlan Əhmədovu baş məşqçi postunda Azər Məmmədovla əvəzləyən "Kəpəz" yerli futbolçuları heyətə cəlb etmək baxımından çətinlik yaşayır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir yandan büdcənin məhdud olması, digər tərəfdən yerlilərin Gəncə təmsilçisində oynamaq perpektivinə birmənalı yanaşmaması faktdır.
"Kəpəz"in sıralarına cəlb etməyi hədəflədiyi oyunçulardan biri də "Səbail"dən ayrılan Elmir Tağıyevdir. Gəncəlilər 23 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə saxlaslar da, təklif etdikləri maaş onu qane etməyib. Başqa sözlə, Elmir yalnız daha uyğun iş yeri tapmayacağı halda, növbəti mövsümə Nizami yurdunun komandasında başlaya bilər.
Qeyd edək ki, son mövsümdə "Səbail" forması ilə 31 çempionat oyununa çıxan Elmir 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan Kubokunda da 2 görüş keçirib.
Rafael