Növbəti mövsümə daha rəqabətədavamlı heyətlə başlamaq istəyən "Neftçi" Ömər Buludovla vidalaşa bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" sağ cinah müdafiəçisinin mövqeyinə yeni oyunçu transfer edəcəyi halda, onun daha çox oynaya biləcəyi kluba keçməsinə əngəl yaratmayacaq.
Artıq sözügedən futbolçunu heyətinə qatmaq istəyən yerli klubların adları da bəllidir. Bunlar "Qəbələ", "Səbail", "Turan Tovuz" və "Kəpəz"dir.
Qeyd edək ki, Ömər son mövsümdə yetirməsi olduğu "Neftçi"nin forması ilə bütün turnirlərdə 37 matça çıxaraq 2 qol vurub. 24 yaşlı futbolçunun Bakı təmsilçisi ilə müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub.
Nihat