Bu gün 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin III turu start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə B, H, C, D və İ qrupunda ümumilikdə 12 oyun keçiriləcək.
D qrupunda yer alan Türkiyə yığması səfərdə Latviya ilə üz-üzə gələcək. Qrupun digər matçında Uels Ermənistanı sınağa çəkəcək.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti oyununa sabah çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Estoniya ilə qarşılaşacaq.
AÇ-2024
Seçmə mərhələ, III tur
16 iyun
H qrupu
20:00 Finlandiya - Sloveniya
22:45 San Marino - Qazaxıstan
22:45 Danimarka - Şimali İrlandiya
Xal durumu: Sloveniya - 6, Danimarka - 3, Qazaxıstan - 3, Finlandiya - 3, Şimali İrlandiya - 3, San Marino - 0.
B qrupu
22:45 Yunanıstan - İrlandiya
22:45 Cəbəllütariq - Fransa
Xal durumu: Fransa - 6, Yunanıstan - 3, Niderland - 3, İrlandiya - 0, Cəbəllütariq - 0.
C qrupu
22:45 Malta - İngiltərə
22:45 Şimali Makedoniya - Ukrayna
Xal durumu: İngiltərə - 6, İtaliya - 3, Şimali Makedoniya - 3, Ukrayna - 0, Malta - 0.
D qrupu
22:45 Uels - Ermənistan
22:45 Latviya - Türkiyə
Xal durumu: Uels - 4, Xorvatiya - 4, Türkiyə - 3, Ermənistan - 0, Latviya - 0.
İ qrupu
22:45 Belarus - İsrail
22:45 Andorra - İsveçrə
22:45 Kosovo - Rumıniya
Xal durumu: İsveçrə - 6, Rumıniya - 6, Kosovo - 2, Andorra - 1, İsrail - 1, Belarus - 0.