Azərbaycanlı qarışıq cütlük Raziyə Seyidli və Ağasif Rəhimov akrobatika üzrə Dünya Kuboku seriyasının qalibi olublar.
Fanat.Az xəbər verir ki, onlar mövsüm ərzində qarışıq duetlər arasında ən yaxşı nəticəni nümayiş etdirərək iki dəfə qızıl və gümüş medal qazanıblar.
Seyidli və Rəhimov Dünya Kuboku seriyasının qalibləri kimi Beynəlxalq Gimnastika Federasiyasının xüsusi mükafatına layiq görülüblər.