PSJ-nin baş məşqçisi Kristof Qaltye yaxın günlərdə klubdan ayrılacaq.
Fanat.Az xəbər verir ki, "Lequipe" artıq yeni baş məşqçinin kim olacağını da öyrənib.
Mənbənin məlumatına görə, Paris klubunun rəhbərliyi mart ayında "Bayern Münhen"dən qovulan alman baş məşqçi Yulian Naqelsmanla danışıqlar aparır. 35 yaşlı mütəxəssis bu posta əsas namizəd hesab olunur.
Hətta Naqelsman PSJ üçün transfer çalışmalarına başladığı da deyilir. O, təyinatı rəsmiləşəcəyi halda Benyamin Pavarı yeni komandasına gətirməyə çalışacaq. Fransız müdafiəçi bu yay "Bayern Münhen"dən ayrıla bilər. Alman nəhənginin keçmiş baş məşqçisi Pavarın bacarığını yüksək qiymətləndirir.
Benyamin Pavara namizədlər arasında "İnter" və "Liverpul" da var. 27 yaşlı futbolçunun "Bayern" ilə müqaviləsi 1 ildən sonra başa çatır.
Mirağa