Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının üzvləri 12-19 iyunda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Xorvatiyanın Poreç şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edir.
Fanat.Az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 11 oğlan və 8 qız idmançısı iştirak edir.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.