Bu gün futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, F qrupunda yer alan komandamız III tur çərçivəsində Estoniya ilə üz-üzə gəlib.
İlk iki görüşdə məğlub olan komandalar “Dalğa Arena”da ilk xallarını qazanmağa çalışıblar. Görüşü çexiyalı baş hakim Andrey Berka idarə edib.
Qeyd edək ki, Azərbaycan seçməsi qrupdakı ilk iki matçında Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzmuşdu.
Bu görüşdə isə heç-heçə qeydə alınıb. Hesabı qonaqlar açsa da, millimiz fasilədən sonra bərabərlik qolunu vurmağı bacarıb.
Avro-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun
Azərbaycan - Estoniya 1:1
Qol: Anton Krivotsyuk, 62 - Rauno Sappinen, 27.
Baş hakim: Andrey Berka (Çexiya)
Bakı, “Dalğa Arena”
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 13. Qismət Alıyev, 14. Rüstəm Əhmədzadə, 17. Toral Bayramov, 18. Coşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Estoniya: 12. Karl Hein, 2. Marten Kuusk, 3. Marko Lukka, 4. Mattias Kait, 6. Ramus Peetson, 8. Henri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 5. Rokko Şein, 7. Georgi Tunyov, 9. Erik Sorqa, 10. Martin Vetkal, 11. Henrik Oyamaa, 13. Mixael Lilander, 16. Sten Reinkort, 20. Markus Poom, 21. Nikita Baranov, 23. Taiyo Teniste.
Baş məşqçi: Tomas Heberli.