"Barselona" Argentina millisinin üzvü ilə maraqlanır.
Fanat.Az "Mundo deportivo"ya istinadən xəbər verir ki, bu, "Tottenhem"in formasını geyinən Covani Lo Çelsodur.
Xəbərə görə, kataloniyalılar "Mançester Siti"nin türk əsilli futbolçusu İlkay Gündoğanı heyətə qata bilməyəcəkləri halda, məhz Lo Çelso variantına üstünlük verəcəklər.
Qeyd edək ki, Covani ötən ilin yanvarında icarə əsasında "Vilyarreal"da çıxış edib. Son mövsümdə "sarı sualtı qayığ"ın forması ilə 29 matçda iş başında olan orta xətt oyunçusu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Hotspur klubu ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat