"Real Madrid"in hücumçusu Rodriqo PSJ-nin ulduzu Kilian Mbappenin "kral klubu"na mümkün keçidinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, COPE onun dediklərini belə çatdırıb.
“Bizə indi onun mövqeyinə bir oyunçu lazımdır. Kilian həqiqətən "Real Madrid"ə keçmək istəyir. Amma indi onun PSJ ilə müqaviləsi var. Məncə, Mbappe nə qədər tez "Real"a keçsə, bir o qədər yaxşıdır. Qərar Florentino Peres və Karlo Ançelottidən asılı olacaq”.
Mbappenin PSJ ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. Onun müqavilənin 2025-ci ilə qədər uzadılması variantı var. Ancaq iyunun 12-də mətbuatda ulduz forvardın PSJ rəhbərliyinə rəsmi məktub göndərdiyi və onun heç bir halda 2025-ci ilə qədər komandada qalmayacağını bildirdiyi barədə məlumat yayılıb. Belədə, hücumçunu təzminatsız buraxmamaq üçün Paris klubu təcili olaraq futbolçuya alıcı axtarmağa başlayıb.
Mirağa