"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "kral klubu"nun rəhbərliyinin özünə qarşı münasibətindən narazıdır.
Fanat.Az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin iddiasına görə, italiyalı məşqçi "Real" rəhbərlərinin transfer məsələsində onun fikirlərini nəzərə almamasından narazıdır. Bundan başqa, mütəxəssis hesab edir ki, komandanı gücləndirmək yönündə onun bəzi vədləri hələ də yerinə yetirilməyib. Buna baxmayaraq, Ançelotti gələn mövsüm "Real" çalışdırmağa davamedəcək.
Ançelotti 2021-ci ildən "Real Madrid"in sükanı arxasındadır. Bu müddət ərzində o, İspaniya çempionu olmağı bacarıb, ölkə kubokunu və Çempionlar Liqasını qazanıb. O, daha əvvəl - 2013-2015-ci illərdə də "kral klubu"nda çalışıb.
Ötən mövsüm İspaniya çempionatını ikinci pillədə başa vuran “Real Madrid” yarımfinalda Çempionlar Liqasını tərk edib. Ançelottinin komandası Mançester Siti"sinə uduzub.
Mirağa