"Aston Villa"nın yarımmüdafiəçisi Filipp Koutinyo karyerasını Türkiyə liqasında davam etdirə bilər.
Fanat.Az "Fotomac"a istinadən xəbər verir ki, "Fənərbağça" ulduz braziliyalını sonradan almaq şərti ilə icarəyə götürmək istəyir.
Artıq komandalar arasında danışıqların başladığı bildirilir. "Aston Villa"nın baş məşqçisi Unai Emeri klub rəhbərliyinə futbolçunun onun planlarına daxil olmadığını çatdırıb.
Qeyd edək ki, "Liverpul" və "Barselona"nın keçmiş ulduzuna Səudiyyə Ərəbistanı komandalarından da maraq var. Ancaq son vaxtlar Koutinyonun başqa qitəyə köçməsi ilə bağlı şayiələr nəzərəçarpacaq dərəcədə azalıb.
Filipp son mövsümdə İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb və 1 qol vurub.
30 yaşlı braziliyalının "Aston Villa" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Onun transfer dəyəri 14 milyon avro qiymətləndirilir.
Mirağa