"Çelsi"nin yarımmüdafiəçi Nqolo Kante Kərim Benzema ilə komanda yoldaşı olacaq.
Fanat.Az xəbər verir ki, Fransa millisinin üzvü "Əl-İttihad"ın şərəfini qoruyacaq.
Məlumata görə, 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubunda tibbi yoxlanışdan keçib. Tezliklə ulduz futbolçunun transferi rəsmən açıqlanacaq.
Qeyd edək ki, Kante 2016-cı ildən "Çelsi"də çıxış edir. 185 oyunda meydana çıxan futbolçu 11 qola imza atıb. O, Kərim Benzema ilə Fransa millisində 2016-2022-ci illərdə komanda yoldaşı olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının son çempionu "Əl-İttihad" iyunun 6-da Kərim Benzemanın keçidini rəsmən elan edib.
Röya