"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Erdal Bozkurt şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, İstanbul nəhəngi Moskva "Spartak"ının yamaykalı hücumçusu Şamar Nikolson üçün rəsmi təklif hazırlayır. "Sarı-qırmızılar"ın ötən yay da bu oyunçu ilə maraqlandığı, lakin həmin ruslarla razılığa gələ bilmədiyi vurğulanıb.
Daha öncə "Spartak"ın baş məşqçisi Gilyermo Abaskalın Nikolsona güvənmədiyi və ona özünə yeni iş yeri tapmağı məsləhət gördüyü barədə məlumatlar dərc edilmişdi.
Sözügedən futbolçu geridə qalan mövsümdə Rusiya çempionatında 22 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat