"Sumqayıt" klubunda ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi komandanın kapitanı Vurğun Hüseynovla vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kimyaçılar" 10 il klubun şərəfini qoruyan Vurğun Hüseynovla vida paylaşımında onun göstəricilərini vurğulayıblar: "2013-də başlayan macəra 10 il sonra başa çatır. 10 mövsüm, 215 oyun, 3 qol! Hər şey üçün təşəkkürlər, KAPİTAN!"
Klub rəhbərliyi təcrübəli müdafiəçiyə "Sumqayıt"da qalıb məşqçi kimi çalışmağı təklif edib. Onun məşqçi kurslarına qatılandan sonra "gənclik şəhəri" təmsilçisində işləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Sumqayıt" Vurğundan əvvəl Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Karim Abubakar və Dieqo Karioka ilə yolları ayırıb, qapıçılar Mehdi Cənnətovla Orxan Sadıqlını sıralarına qatıb.