İranlı hücumçu Sərdar Azmun "Bayer Leverkuzen"i tərk etmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Kicker" yayıb.
Mənbə Almaniya təmsilçisinin baş direktoru Saymon Rolfesin bu barədə dediklərini də diqqətə çatdırıb: "Azmunla bağlı bütün tərəfləri qane edən variant tapmalıyıq".
Qeyd edək ki, İran millisinin 28 yaşlı forvardı "Bayer"ə 2022-ci ilin yanvarında "Zenit"dən keçib. Almanlar bu transfer üçün ruslara 2,5 milyon avro ödəyiblər. Onun klubu ilə olan müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.
Nihat