"Seltik"i "Tottenhem"ə dəyişən yunan əsilli avstraliyalı mütəxəssisin - Angelos Postekoğlunun yerini kimin tutduğu müəyyənləşib.
Fanat.Az Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Brendan Rocersə tapşırılıb.
Şimali irlandiyalı mütəxəssis 3 illik müqaviləyə imza atıb.
Rocersin son iş yeri "Lester" olub. O, aprelin 2-də uğursuz nəticələr üzündən istefaya göndərilmişdi.
Sözügedən çalışdırıcı daha öncə də "Seltik"də işləyib və paytaxt klubuna 3 dəfə Şotlandiya çempionluğunu qazandırıb.
Nihat