Növbəti mövsümə yenilənmiş heyətlə hazırlaşan "Kəpəz"də ilk transfer reallaşıb.
Fanat.Az xəbər verir ki, "Sumqayıt"dan ayrılan Vurğun Hüseynov Gəncə klubuna keçib.
Bu barədə "Kəpəz"in mətbuat xidməti məlumat yayıb.
Mərkəz müdafiəçisi 1 illik müqaviləyə imza atıb. Hüseynov Azərbaycan millisində 14 oyun keçirib.