Fransa yığmasının hücumçusu Olivye Jiru finalı 2024-cü ildə keçiriləcək Avropa çempionatınınn seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, o, Yunanıstan millisi ilə oyunda iştirak edib.
Fransa görüşdə 1:0 hesabı ilə qələbəni bayram edib. Yeganə qolu hücumçu Kilian Mbappe vurub.
Bu qarşılaşma Jiru üçün millidə 124-cü oyun olub. O, bu göstəriciyə görə əfsanəvi hücumçu Tyerri Anrini keçərək üçüncü pillədə qərarlaşıb.
Fransa millisinin heyətində qapıçı Uqo Lyoris (145) və müdafiəçi Lilian Türam (142) daha çox oyun keçirib.
Fransa yığması AÇ-2024-də dörd turdan sonra 12 xal toplayıb və qrupunda birinci yeri tutur.
Mirağa