Lionel Messini heyətinə qatan "İnter Mayami"nin yeni baş məşqçisinin kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Sezar Luis Merlo yayıb.
Xəbərə görə, Fil Nevill ilə yolları ayıran MLS təmsilçisi Xerardo Martino ilə anlaşıb və yaxın günlərdə tərəflər rəsmi müqaviləyə imza atacaq. Martinonun gələn aydan işə başlayacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Martino 2013/2014 mövsümündə "Barselona"nı çalışdırıb. Kataloniya komandası onun rəhbərliyi altında La Liqada 2-ci yeri tutb və İspaniya Superkubokunu qazanıb.
Nihat