Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Bolavip": "Roma" müdafiə xəttinin sol cinahını gücləndirməyi planlaşdırır. A Seriyası təmsilçisi Braziliyadan futbolçu bəyənib. Söhbət "Flamenqo"da çıxış edən Lukas Ayrtondan gedir. "Roma" 26 yaşlı braziliyalı müdafiəçi üçün 12 milyon avro ödəməyə hazırdır.
İnsayder Fabritsio Romano: "Mançester Yunayted" hücumçusu Markus Reşford ilə müqaviləni yeniləyib. Yeni sözləşmə uzun müddətə nəzərdə tutulub. 25 yaşlı ingiltərəli forvard başa çatan mövsümdə bütün turnirlərdə 30 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
***
Rəsmi: "Şalke" yeni transferini gerçəkləşdirib. Klub "Paderborn"un kapitanı Ron Şallenberqi heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçinin keçidi Qelzenkirhen təmsilçisinə 2 milyon avroya başa gəlib.
Rəsmi: "Tottenhem" "Yuventus"dan icarəyə götürdüyü Deyan Kulusevskinin transfer hüquqlarını alıb. İngiltərə klubu 23 yaşlı isveçli yarımmüdafiəçi üçün turinlilərə 30 milyon avro ödəyib. Deyan "Tottenhem"in heyətində 37 matçda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.
Rəsmi: "Union Berlin" hücumçusu Sven Mixeli "Auqsburq"a satıb. 32 yaşlı yaşlı almaniyalı futbolçusunun transfer qiyməti 950 min avro təşkil edib. Sven Berlin klubunun heyətində 29 matçda meydana çıxıb və 6 qol vurub.
Röya