Bu gün Çempionlar Liqasının I təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ”ın bu mərhələdəki rəqibi də məlum olub.
Azərbaycan çempionu "Linkoln" (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçını səfərdə oynayacaq.
Qeyd edək ki, Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.