"Flamenqo"nun və Braziliya millisinin cinah müdafiəçisi Ayrton Lukas karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bolavip" yayıb.
Xəbərə görə, onun xidmətində "Roma" maraqlıdır və Ayrton üçün "Flamenqo"ya 12 milyon avro ödəməyə hazırdır.
Sözügedən futbolçu ölkəsinin əsas millisində iyunun 17-də debüt edib. O, Qvineya ilə yoldaşlıq görüşündə (4:1) 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ayrton Moskva "Spartak"ının da formasını geyinib. Arxa xətt oyunçusu ötən ilin yazında Rusiya klubu tərəfindən "Flamenqo"ya icarəyə verilib. Daha sonra 7 milyon avro ödəyən Braziliya təmsilçisi müdafiəçinin transfer hüquqlarına yiyələnib.
Nihat