"Mənim futbolçu karyerama məhz Alleqri son qoydu".
Fanat.Az xəbər verir ki, bunu İtaliya millisinin sabiq forvardı, hazırda "Recina"nın baş məşqçisi olan Filippo İnzagi deyib.
"Football Italia"ya danışan 49 yaşlı mütəxəssis "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqrinin ona necə zərbə vurduğunu açıqlayıb:
"2012-ci ilin yazında "Milan"la vəziyyəti müzakirə etdik və müqaviləmin daha bir il müddətinə uzadılması barədə razılığa gəldik. Mən qalsaydım, qısa müddətdə Maldini, Nesta, Qattuzo və Zeedorf kimi futbolçuları itirmiş komandanın paltardəyişmə otağında vacib bəndi olardım. Bu böyük fiqurların gedişindən sonra komandada boşluq yaranmışdı. Qalliani ortaq məxrəcə gələ bildiyimiz üçün xoşbəxt idi. Amma Alleqri klub rəhbərliyinə məni komandada saxlamaq istəmədiyini söyləyərək, müqaviləmin yenilənməməsini xahiş etdi. Bu, mənim üçün zərbə idi".
Nihat