"Tottenhem" Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzində olan hücumçusu Son Xın Minlə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə Hotspur təmsilçisinin cənubi koreyalı forvardı satmaq niyyətində olmadığını diqqətə çatdırıb. Xəbərdə futbolçunun özünün də Səudiyyə Ərəbistanına yollanmağa can atmadığı vurğulanıb.
Daha öncə Kərim Benzemanı heyətinə qatan "Əl-İttihad"ın Son üçün "Tottenhem"ə 60 milyon avro ödəməyə və bu hücumçuya illik 30 milyon avro maaş verməyə hazır olduğu haqda məlumatlar dərc edilmişdi.
Qeyd edək ki, Xın Min 2022/2023 mövsümündə 36 Premyer Liqa matçına çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat