İngiltərə futbolunun canlı əfsanələrindən olan Stiven Cerrardın "Əl-İttifaq"la anlaşdığı bildirilirdi.
Fanat.Az xəbər verir ki, hətta Səudiyyə Ərəbistanı klubu bununla bağlı məlumat yaymışdı.
Lakin tərəflər arasında anlaşma baş tutmayıb. Bunu 43 yaşlı mütəxəssis "BBC"yə açıqlamasında deyib:
"Səudiyyə Ərəbistanından təklif gəldi. Müzakirə etdik və razılaşdım. Ancaq son günlərdə bu qərar üzərində düşündüm və fikrimi dəyişərək təklifi qəbul etmədim".
Qeyd edək ki, Cerrard ötən ilin oktyabrında "Aston Villa"dan ayrılıb və işsizdir.
Xatırladaq ki, "Əl-İttifaq" son Səudiyyə Ərəbistanı çempionatını turnir cədvəlinin 8-ci sırasında başa vurub.
Röya