"Çelsi" bu gün yeni transferi Kristofer Nkunkunun keçidini elan edib.
Fanat.Az xəbər verir ki, "Leyptsiq"dən ayrılan 25 yaşlı fransalı yarımmüdafiəçi ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalanıb.
Nkunku yeni komandasının mətbuat xidmətinə ilk açıqlamasını verib. O, London klubuna keçdiyi üçün xoşbəxt olduğunu deyib: "Yeni baş məşqçim və komanda yoldaşlarımla tanış olmaq üçün səbirsizlənirəm. Tez bir zamanda "Çelsi" azarkeşlərinə meydanda nə edə biləcəyimi göstərmək istəyirəm. Liqa 1 və Bundesliqada oynamışam. İndi isə dünyanın ən güclü çempionatlarından biri olan Premyer Liqada oynamaq istəyirəm. Çox xoşbəxtəm və fəxr edirəm".
Qeyd edək ki, mətbuatda bu keçidin "Çelsi"yə 60 milyon avroya başa gəldiyini yazılır.
Xatırladaq ki, Fransa millisinin üzvü 2019-cü ildən "Leyptsiq"də çıxış edib. 119 oyuna çıxan futbolçu 47 qola imza atıb.
Röya