Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
Ağdam klubu I təsnifat mərhələsini keçəcəyi halda, növbəti raunddakı rəqibi “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi olacaq. İlk görüş rəqib meydanında baş tutacaq.
II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.